ABŞ Ənsarullahı terror təşkilatı elan etmək niyyətindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371905-abŞ_Ənsarullahı_terror_təşkilatı_elan_etmək_niyyətindədir
ABŞ Dövlət Departamenti bazar ertəsi bildirib ki, Yəmənin Ənsarullah qüvvələrini "terrorçu" qruplar siyahısına salmaq qərarı barədə Konqresi məlumatlandırmaq niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2021 10:23 Asia/Baku
  • ABŞ Ənsarullahı terror təşkilatı elan etmək niyyətindədir

ABŞ Dövlət Departamenti bazar ertəsi bildirib ki, Yəmənin Ənsarullah qüvvələrini "terrorçu" qruplar siyahısına salmaq qərarı barədə Konqresi məlumatlandırmaq niyyətindədir.

SəhərAzəri xəbər verir, ABŞ Dövlət katibi, nazirliyinin Ənsarullahın terrorçu qrup olaraq təyin edilməsi qərarı ilə əlaqədar Konqresi məlumatlandıracağını söyləyib.
ABŞ Dövlət katibi deyib: “Hədəfimiz Əbdülməlik Əl-Hüsinin (Yəmən Ənsarullahının Lideri), Əbdül Xaliq Bədruddin əl-Hüsinin (Ənsarullahın böyük bir üzvü və bu qrupun liderinin qardaşı) və Abdullah Yəhya Əl-Həkimin (Ənsarullahın ən böyük rəhbərlərindən biri) adlarını"beynəlxalq terrorçular" siyahısına salmaqdır."