Yan 29, 2021 13:40 Asia/Baku
  • Bağdad hava limanı yaxınlığındakı Amerika hərbi bazasına onlarla raket düşüb

İraq mediaları, o sıradan «Sabirin Nyus» media mərkəzi ABŞ-ın Bağdad hava limanı yaxınlığındakı "Viktoriya" hərbi bazasına onlarla raketin atıldığını bildiriblər.

SəhərAzəri xəbər verir, bu hücumdan sonra Amerika bazasında təhlükə siqnalı səsləndirilib.

İraqdakı rəsmi mənbələr hələ bu xəbəri təsdiq etməyiblər.

ABŞ-ın Bağdaddakı səfirliyi və terrorçu Amerika hərbçilərinin İraqdakı bazaları son aylarda bir neçə dəfə raket atəşinə tutulublar.

Bir çox İraq vətəndaşı və iraqlı qrup, terrorçu Amerika qüvvələrinin bu ölkədən çıxarılmalarını tələb edir. İraq parlamenti də bu qüvvələrin çıxarılmaları barədə bir layihə qəbul edibdir.

Teqlər