Fev 18, 2021 09:30 Asia/Baku
  • İŞİD rəsmən Ənsarullah ilə müharibədən xəbər verib

Terrorçu İŞİD qrupu bir bəyanatda rəsmi şəkildə səud koalisiyası ilə həmkarlıq etdiyini və Yəmənin Ənsarullah qüvvələrilə vuruşduğunu bildirib.

SəhərAzəri xəbər verir, Yəməndə fəaliyyət göstərən İŞİD terrorçuları öz bəyanatlarında bu ölkənin Marəb vilayətinin Əlkəsarə bölgəsində Yəmənin ordusu və Ənsarullah qüvvələrilə vuruşduqlarını bildirərək, iddia ediblər ki, rəsmi Sənanın qüvvələrindən bir qrupu bu döyüşlərdə ölüb və ya yaralanıbdır.

Bəyanat həmçinin terrorçu İŞİD qrupu tərəfindən iki qərargahın ələ keçirilməsindən xəbər verib.

Digər tərəfdən, bəzi yəmənli medialar da son günlər İŞİD və Əlqaidə komandirlərinin rəsmi Sənanın qüvvələri ilə mübarizə aparmaq məqsədilə Marəb vilayətində olmalarından xəbər vermişdilər.

Teqlər