Fev 20, 2021 19:43 Asia/Baku
  • Peyk təsvirləri sionist rejimin qanunsuz nüvə hərəkətlərini üzə çıxardı

Peyk təsvirləri sionist rejimin qanunsuz nüvə hərəkətlərini üzə çıxarıb.

SəhərAzəri xəbər verir, «Parçalanma qabiliyyətinə malik maddələr» adlı beynəlxalq qrup bir sıra peyk təsvirlərini təsdiq edib. Bu təsvirlər işğal olunmuş Fələstin ərazilərinin cənubunda yerləşən Nəqəb çölündəki qanunsuz tədqiqat mərkəzində və «Dimona» nüvə stansiyasında yeni tikinti işlərinin getdiyini göstərir.

«Parçalanma qabiliyyətinə malik maddələr» adlı beynəlxalq qrup yanvarın dördündə çəkilmiş bu təsvirləri təsdiq edərək, bildiribdir ki, Nəqəb çölündə yerləşən Dimona nüvə reaktorunun və onun məhsullarının yenidən işlənməsi stansiyasının yaxınlığında tikinti işləri həyata keçirilməkdədir.

Bu beynəlxalq qrupun bildirdiyinə görə, sionist rejimin 2018-ci ilin sonlarından başlanan və hələ də məqsədləri qaranlıq olan bu qanunsuz hərəkətləri hazırkı mərhələdə qazılmış iri bir bölgədə təmərküzləşibdir ki, uzunluğu, təqribən 140 metr, eni isə təqribən əlli metrdir.

Londonda çıxan Qardian qəzeti də Prinston unuversitetində ümumdünya elm və təhlükəsizlik proqramının tədqiqatçısı Pavel Budoyqa istinadla yazıb: Belə görünür ki, tikinti işləri 2019-cu ilin əvvələrində və ya 2018-ci ilin sonlarında başlanıb. Buna görə, bu isitqamətdə addımlar təqribən iki il bundan əvvəl atılıb və bu, hazırkı mərhələdə deyə biləcəyimiz yeganə şeydir.

Sionist rejimin Vaşinqtondakı səfirliyi hələ bu yeni şəkillər barədə bir izahat verməyibdir.

Sionist rejim öz nüvə cəbbəxanalarında 200-dən çox nüvə başlığına malikdir. Bu rejim Dimona nüvə reaktorunun inşa əməliyyatına 20-ci əsrin əllinci onilliyində Fransa hökumətinin geniş və gizli köməyi ilə başlayıb.

Sionist rejim bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə öz nüvə proqramına əlçatanlıq icazəsi verməyibdir.

Teqlər