Sionist rejim gələcək nəslə qalmayacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373532-sionist_rejim_gələcək_nəslə_qalmayacaq
Sionist rejimin ümumi təhlükəsizlik xidməti- ŞABAK-ın sabiq rəisi bu rejimin ömründən nigarançılıq edərək, vurğulayıb ki, sionist rejim əsla gələcək nəslə qalmayacaq.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 21, 2021 04:22 Asia/Baku
  • Sionist rejim gələcək nəslə qalmayacaq

Sionist rejimin ümumi təhlükəsizlik xidməti- ŞABAK-ın sabiq rəisi bu rejimin ömründən nigarançılıq edərək, vurğulayıb ki, sionist rejim əsla gələcək nəslə qalmayacaq.

SəhərAzəri xəbər verir, ŞABAK-ın sabiq rəisi Yual Diskin sionist «Yediot Aharonot» qəzetinin dərc etdiyi bir məqalədə yazıb ki, yaxın gələcəkdə sionistlərin təkcə otuz faizi sionist rejimin iqtisadi və hərbi problemləri yükünün ən çox hissəsinə tab gətirəcək. Beləliklə sionist rejim cəmiyyəti onu gözləyən problemlərdən xilas olmayacaq.

Diskin bu məqalədə sonra yazıb ki, sionistlərin ikitirəliyi hər gün daha da dərinləşir. Belə ki, sionist solçu və sağçı cərəyanları arasındakı ikitirəlik və ixtilaflar yəhudilərlə ərəblər arasındakı ixtilaflardan qat-qat çoxdur. Eyni zamanda, hökumət sistemində etimadın olmaması və ondakı korrupsiya artmağa, sosial həmrəylik isə tənəzzülə doğru irəliləməkdədir.

ŞABAK-ın sabiq rəisi həmçinin yazıb ki, mömin yəhudilər sionist rejim üçün ağır bir yükə çevriliblər. Onlar anti-sionist münasibətə malikdirlər. Onların nöqteyi-nəzərincə, sionist rejim dağılmaq və çökməyə doğru irəliləyir.