Barham Saleh: İraqın İranla münasibətləri misilsizdir
İraq prezidenti ölkəsinin İranla münasibətləri bənzərsiz adlandırdı və İraqdakı sabitliyin daha çox regional təhlükəsizliyə yol aça biləcəyini vurğuladı.
SaharAzeri xəbər verir, Barham Saleh çərşənbə günü (24 fevral) Amerikan Brukingez İnstitutunun iclasında, Səddam Hüseyn dövründəki İraqı yalnız bölgə deyil hətta dünya üçün problem adlandırdı və İraqın ancaq tamamilə müstəqil və suveren olduğu təqdirdə müvəffəq olacağını söyləib.
Barham Saleh əlavə etdi: "Ümid edirəm ki, İranla misilsiz münasibətlərimiz İraq və bölgəyə daha önəmli siyasi, iqtisadi və təhlükəsizlik qaydalarını töhfə versin."
O, son illər ərzində terror və terrorizmlə müharibənin ən əhəmiyyətli hərəkətin olduğuna işarə edən Saleh, alavə edib: "Terrorizm üzərində zəfər asan deyildi, ancaq İraq qüvvələrinin, İraq xalqının fədakarlığı və dostlarımızın və koalisiyanın dəstəyi sayəsində və beynəlxalq tərəfdaşlar, bu əhəmiyyətli bir zəfərəldə edildi. "
İraq prezidenti, işğal oşunmuş ərazilərin İŞİD-dən azad edilməsini hərbi bir zəfər adlandırdı və dedi: Bəzi əsas məsələlər, o cümlədən Suriya münaqişəsi və ekstremist və terrorçu qruplara toxunmadan müharibənin bitməyəcəyini etiraf etməliyik."