Yəmən ordusu və Ənsarullah Məarib şəhərinin 7 kilometrliyinə çatdı
əmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Məarib şəhərinin 7 kilometrliyinə çatıblar.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Yəmən ordusu və Ənsarullah qüvvələri Cəbəl Əl-Balq Əl-Qabli yüksəkliklərini azad etməklə Məarib şəhərinə doğru böyük irəliləyişə nail olublar.
Yəmən xəbər mənbələrinin bildirdiyinə görə, Cəbəl Əl-Balq Əl-Qabli yüksəklikləri şəhərin qərb hissəsində Məarib şəhərinə baxır və bu səbəbdən strateji bir nöqtədir. Eyni zamanda, Məaribin şimal-qərbində və cənub-qərbində digər irəliləyişlər əldə edilib.
Cəbəl Əl-Balq Əl-Qabli yüksəkliklərinin azad edilməsi ilə Yəmən ordusu və Ənsarullah qüvvələri şəhərin yeddi kilometrliyinə çatıblar.
Hadi hökumətinin xüsusi təyinatlı qüvvələrinin komandiri Əbdül Qəni Şalan dünən (26 fevral) Məaribin Əl-Bəlq Əl-Vəli yüksəkliklərində Ənsarullahla İslah partiyası qüvvələri ilə toqquşma zamanı öldürülmüşdü.
Digər bir mühüm inkişaf da, İslah partiyası qüvvələrinin Əl-Balqul-Əvsət bölgəsindən Minin Əl-Əşrəfə geri çəkilməsi olub. Bunun taktiki bir geri çəkilmə və ya Səna hökumət qüvvələri ilə əldə edilmiş bir razılaşma olduğu aydın deyil.
Bu arada, Yəmən ordusu və Ənsarullah qüvvələəri Məarib əyalətində irəlilədikcə Səudiyyə rejimi-ABŞ koalisiyasının təyyarələri vilayətin müxtəlif bölgələrini bombalamağa davam edirlər.
Yəmənin Sərvah və Mahliyah şəhərləri son bir neçə saat ərzində Səudiyyə rejiminin koalisiyasının döyüş təyyarələri tərəfindən 21 dəfə hədəfə alınıb.