Ənsarullah ABŞ-ın təklifini rədd edib
Yəmən Ənsarullahının sözçüsü ABŞ-ın Yəməndəki nümayəndəsinin atəşkəs təklifini rədd edərək, onu Yəməni hazırkı mərhələdən daha təhlükəli mərhələdə qoyacaq bir fitnə adlandırıb.
SəhərAzəri xəbər verir ki, Mohəmməd Əbdussəlam deyib: Amerika nümayəndəsinin təklif etdiyi məsələ, yeni bir şey deyil və ötən bir ildəki beynəlxalq və səudiyyə perspektivinin təzahürüdür.
O, sonra deyib: Bu təklifdə nə mühasirənin dayandırılmasına işarə edilib, nə də ki, atəşkəsin. Bu təklif, yalnız sonda mühasirənin diplomatik kanallarla bərpası ilə nəticələnəcək bir razılaşmadır.
Əbdussəlam sonra deyib: Əgər onlar ciddi olsaydılar, müharibə və mühasirənin sonunu elan edərdilər. Biz bu mövqeni alqışlayarıq.
Ənsarullah-ın sözçüsü söyləyib: Amerikalılar savaşın dayandırılması üzrə bir təklif kimi Ərəbistanın şəraitini təqdim etməklə bir daha göstərdilər ki, açıq şəkildə təcavüzün və mühasirənin arxasında durublar. Müharibəyə son qoyulması və mühasirənin ləğv edilməsi barədə heç bir real dəyişiklik mövcud deyil, əksinə bunlar yalnız işlərin digər bir tərəfə tapşırılmasından ibarətdir.
O, bildirib ki, Ənsarullah digər tərəflərin humanitar yardımlar barədəki bütün təklif şəraitini qəbul edib.
Əbdussəlam belə qeyd edib: Mühasirənin davam etməsi üçün heç bir bəhanə tapmadıqda, iddia etdilər ki, yardımlar ləyaqəti çatan kəslərə çatmır.