Mart 15, 2021 19:36 Asia/Baku

Yəmən ordusu və Ənsarullah Məaribin 3 kilometrliyindədir

SəhərAzəri xəbər verir ki, Yəmənli mənbələr Yəmən ordusu və inqilabi xalq komitələrinin Məarib şəhərinin içərisindəki Əl-İmran bölgəsinin 3 kilometrliyinə çatdığını söyləyiblər.

 SəhərAzəri  xəbər verir ki, Əl-Məyadin şəbəkəsi dünən (14 mart) Yəmən mənbələrinə istinad edərək, Yəmən ordusu və xalq komitələri tərəfindən Məarib şəhərinin azad edilməsi əməliyyatının görüntülərini yayımlayaraq, sözügedən qüvvələrin Məaribin 3 kilometrliyinə çatdığını elan edib.

 Xəbərdə belə qeyd edilib: “Ordu qüvvələri və inqilabi xalq komitələri Məarib su bəndinə nəzarəti ələ keçiriblər, bəndin şimal hissəsi və qərb hissəsinin hamısı Səna hökumət qüvvələrinin nəzarəti altındadır. Sahə mənbələrinə görə, qarşıdurmalar zamanı Səudiyyə rejiminin koalisiya qüvvələrinin yanında Əl-Qaidə terrorçuları və təkfirçi-vəhhabi yaraqlıları da iştirak edir”.

 Yəmənli mənbələr Əl-Məyadinə bildiriblər ki, son üç həftə ərzində 1200 kvadrat kilometrdən çox ərazi Yəmən ordusu və Ənsarullah qüvvələri tərəfindən nəzarət altına alınıb, Səudiyyə rejiminin koalisiyasının 1800 silahlısı öldürülüb və 3000 nəfəri yaralanıb. 200 yaraqlı da sağ ələ keçirilib.

 Eyni zamanda bir sıra İslah Partiyası komandirləri Yəmənin Milli Qurtuluş Hökuməti ilə əlaqə quraraq təslim olmağa hazır olduqlarını bildiriblər.

Teqlər