Sionist rejimin ordusu səhvən gizli bazaları ifşa edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374872-sionist_rejimin_ordusu_səhvən_gizli_bazaları_ifşa_edib
Sionist rejimin ordusu səhvən gizli dəniz bazalarını və rejimin kəşfiyyat xidmətini ölkədəki koronavirus sınaq mərkəzləri xəritəsində yerləşdirib. İsrail rejiminin Haaretz qəzeti sionist rejimin ordusunun özlərinə məxsus gizli bazalarını göstərən xəritə yayımladığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2021 10:00 Asia/Baku
  • Sionist rejimin ordusu səhvən gizli bazaları ifşa edib

Sionist rejimin ordusu səhvən gizli dəniz bazalarını və rejimin kəşfiyyat xidmətini ölkədəki koronavirus sınaq mərkəzləri xəritəsində yerləşdirib. İsrail rejiminin Haaretz qəzeti sionist rejimin ordusunun özlərinə məxsus gizli bazalarını göstərən xəritə yayımladığını bildirib.

SəhərAzəri-in parstoday-a istinadən verdiyi xəbərə görə, qəzet xəritənin SAXAL komandanlığı tərəfindən yayımlandığını yazıb. Sionist rejiminin ordusu, sionist hərbi heyət üçün laboratoriya koronavirus analiz mərkəzlərinin xəritəsini hazırlamaq istəyib, lakin eyni zamanda səhvən İsrail rejiminin heçvaxt danışılmamış bazalarının yerləşdiyi əraziləri yayımlayıb. Bu bazalar hava qüvvələrinə və sionist rejimin kəşfiyyat xidmətlərinə məxsusdur. Haaretz qəzeti, sionist rejimin ordusunun əvvəllər bu mərkəzlər və bazalar haqqında məlumat yayımlamadığını qeyd edir. Bu bazaların yeri və məlumatları ilk dəfədir açıqlanır. İsrail rejiminin ordusunun sözçüsü dərc edilmiş xəritənin səhv olduğunu bildirib, lakin sonradan xəritə dəyişdirilib.