Ənsarullah: "Ər-Riyad müharibəni dayandırmaqda ciddi deyil"
Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Səudiyyə rejiminin Yəmən xalqına qarşı müharibəni dayandırmaq fikrində ciddi olmadığını bildirərək, Ər-Riyadın sonuncu planının yalnız reklam məqsədi daşıdığını söyləyib.
SəhərAzəri ,Deyerler.org-a istinadla xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Səna hökumətinin Səudiyyə rejimindən rəsmi olaraq heç bir plan almadığını söyləyib.
Əl-Hsui Rusiyanın Sputnik xəbər agentliyinə verdiyi açıqlamasında, planın yalnız mediada elan olunduğunu və bu məsələdə hər hansı ciddilik olduğu təqdirdə, əvvəlcə Sənaya göndəriləcəyini söyləyib.
Planın Yəmənə rəsmi olaraq elan edilməməsinin Səudiyyə rejiminin Yəmənə qarşı hücumlarını və təcavüzlərini dayandırmaq mövzusunda ciddi olmadığını göstərdiyini bildirib: “Səudiyyəlilər planı mediada elan etməzdən əvvəl Yəmən hökumətinə göndərməli və cavab gözləməli idilər.
Atəşkəsə, təcavüzün dayandırılmasına və mühasirənin məğlub olmasına media şəklində deyil, praktik addımlar baxımından dəstək veririk”.