Mart 26, 2021 17:05 Asia/Baku
  • Ərəbistanın dərinliklərinə 26 raket və PUA hücumu edilib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bildirib ki, Səudiyyə rejiminə qarşı 18 PUA və 8 ballistik raketlə genişmiqyaslı əməliyyat keçirilib.

SəhərAzəri xəbər verir ki, general-mayor Yəhya Sərii bu gün (26 mart) ictimaiyyətə verdiyi açıqlamasında, əməliyyatda Səudiyyə rejiminə məxsus hərbi və həyati əhəmiyyətli bazaları və strukturları hədəfə aldıqlarını bildirib.

Əməliyyat zamanı “Saudi Aramco” neft şirkətinin Rəs Əl-Tənura, Yənbu Əl-Bəhr, Rabiğ, Cizan və Dəmmamdakı Kral Əbdüləziz aviabazasının vurulduğunu bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, “Saudi Aramco”nun 12 Səməd-3 PUA-sı və 8 ədəd Zülfiqar, Bədr və Səir raketləri ilə hədəfə alındığını bildirib.

Sərii Səudiyyə rejiminin Nəcran və Əsir vilayətlərindəki digər hərbi mövqelərinin altı ədəd "Qasif 2K" PUA-sı tərəfindən hədəfə alındığını bildirib.

Əməliyyatın hədəflərinə çatdığını deyən sözçü, bunları qeyd edib: “Yalançı və təcavüzkar cinayətkar qüvvələri Yəmən millətinin təcavüzü və mühasirəsinin davam etməsinə qarşı xəbərdar edirik. Yəmənli döyüşçülər daha gərgin hərbi əməliyyatlara hazırdır”.

Yəmən savaşı bu gün, martın 26-dan yeddinci ilə daxil olur.

Teqlər