Yəməndəki uşaqlarla bağlı növbəti dəfə həyəcan təbili çalındı
Mart 26, 2021 17:21 Asia/Baku
Uşaq haqları ilə bağlı fəaliyyət göstərən beynəlxalq təşkilat "Save The Children" Yəməndəki mövcud durum barəsində həyəcan təbili çalıb.
SəhərAzəri xəbər verir ki,təşkilatdan verilən açıqlamada vurğulanıb ki, Yəməndəki mövcud humanitar böhran ölkədəki uşaqların yaşayışını çox pis vəziyyətə salıb.
"Əgər son addımlar atılmasa, faciənin baş verməsi qaçılmazdır. Biz yaxın zamanlarda Yəməndə uşaq ölümlərinin sayının qat-qat artacağını proqnozlaşdırırıq", - deyə təşkilat diqqətə çatdırıb.
Qeyd olunub ki, bu gün humanitar böhran səbəbilə Yəməndə onlarla yoluxucu xəstəliklər yayılıb.