Səudiyyə koalisiyası Əl-Hudeydədə atəşkəsi 91 dəfə pozub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375045-səudiyyə_koalisiyası_Əl_hudeydədə_atəşkəsi_91_dəfə_pozub
Yəmən ordusu, işğalçı Səudiyyə koalisiyası tərəfindən Yəmənin qərbində Əl-Hüdeydə əyalətindəki atəşkəsi pozmağə davam etdirdiyini açıqladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2021 08:16 Asia/Baku
  • Səudiyyə koalisiyası Əl-Hudeydədə atəşkəsi 91 dəfə pozub

Yəmən ordusu, işğalçı Səudiyyə koalisiyası tərəfindən Yəmənin qərbində Əl-Hüdeydə əyalətindəki atəşkəsi pozmağə davam etdirdiyini açıqladı.

SəhərAzəri xəbər verir ki, Yəmən ordusu bazar günü gecə Səudiyyə təcavüzkarları və muzdlularının Yəmənin qərbindəki Əl-Hudeydə əyalətində son sutka ərzində 91 dəfə atəşkəsi pozduğunu bildirdi.

Yəmən ordusunun verdiyi məlumata görə, Səudiyyə təcavüzkarları və muzdluları əl-Hudeydənin ərazilərini müxtəlif yüngül və ağır silahlarla hədəf alıblar.

Səna və Riyad heyəti arasında İsveçdə razılaşdırılmış atəşkəs 18 dekabr 2018-ci il çərşənbə axşamı Yəmənin qərbindəki Əl-Hudeydə əyalətində başladı, lakin Səudiyyə koalisiyası bunu hər gün pozur.