Mart 30, 2021 11:58 Asia/Baku
  • Səud koalisiyası Yəməndə öz mövqelərinə hücum edib

Səud koalisiyası qırıcıları Yəmənin Məarib vilayətində bir daha öz qüvvələrinin mövqelərini hədəfə alıblar.

SəhərAzəri xəbər verir ki, yəmənli bir hərbi mənbə səud koalisiyası qırıcılarının Yəmənin Məarib vilayətinin Nəxla bölgəsində bu koalisiyaya bağlı yaraqlıların mövqelərini bombaldığını və nəticədə bir neçə səud muzdlusunun öldüyü və ya yaralandığını bildirib.

Hərbi mənbənin dediyinə görə, bu hava zərbələri daxili hesablaşmalar məqsədilə və qəsdən endirilib. Belə hücumlar bundan əvvəl də dəfələrlə edilib və son zamanlar onların sayı daha da artıbdır.

Yəmənin hərbi mənbələrinə görə, yaraqlıların təslim olma hallarının artması və Yəmən qəbilələri ilə Yəmən Milli Qurtuluş Hökuməti arasında bitərəfliliyə dair müqavilələrin imzalanması fonunda belə hücumların sayı da artıbdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin köməyi ilə Yəmənə qarşı müharibəyə başlayıb və onu quru, hava və dənizdən mühasirəyə alıb.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə başlatdığı müharibə nəticəsində indiyədək on altı mindən çox yəmənli ölüb, on minlərlə insan yaralanıb və milyonlarla yəmənli məcburi köçkün vəziyyətinə düşüb.

Teqlər