İraq da 20 illik Bağdad-Pekin müqaviləsinin icrasını əmr etdi
İraqın baş naziri Bağdad-Pekin strateji müqavilənin icrasının başlanması əmrini verib.
SəhərAzəri Farsnews-a istinadən xəbər verir ki, İraq Nazirlər Kabinetinin sözçüsü Həsən Nazim Nazirlər Kabinetindəki dünənki (30 mart) iclasdan sonra mətbuata açıqlamasında bunları deyib: “Baş nazir Mustafa Əl-Kazımi uzun müddətli strateji Çin razılaşmasının həyata keçirilməsini əmr etdi”.
O, Nazirlər Kabinetinin həftəlik mətbuat konfransında hökumətin İraqın digər ölkələrin qovşağı olduğu İraq üçün yeni bir gələcək yaratmağa çalışdığını bildirib.
Bundan əvvəl İraq baş nazirinin maliyyə müşaviri Məhəmməd Salih, Bağdad ilə Pekin arasındakı 20 illik əhəmiyyətli razılaşmanın bu il ölkənin büdcə qanununun qəbulundan sonra həyata keçiriləcəyinə söz vermişdi.
Məhəmməd Salih belə demişdi: “Keçən il icra olunmayan Bağdad-Pekin müqaviləsi, 2021-ci ildə federal hökumətin büdcə qanununun qəbulundan sonra qüvvəyə minəcək.
Hamının bildiyi kimi, bu müqavilənin 20 yaşı var və Adil Əbdülmehdi baş nazirliyi dövründə 23 sentyabr 2020-ci ildə imzalanmış və təxminən bir ay sonra 18 oktyabrda qüvvəyə minmişdir. Lakin maliyyə böhranı bu razılaşmanın icrasını təxirə saldı və İraq-Çin ortaq fondundakı İraq ehtiyatlarının azalmasına səbəb oldu.
Koronavirus böhranı, iki hökumətin iradəsindən kənar digər məsələlər də, keçən il bu razılaşmanın həyata keçirilməsinə mane oldu.
İraqın 2021 büdcə qanunu bu razılaşmanın həyata keçirilməsi üçün lazımlı maliyyəni təmin edir, iki tərəfin razılaşdırdığı layihələr üçün 2 milyard dollar ayrılıb və 2 milyard dollar borc olaraq əlavə edilə bilər. Razılaşmaya Çinin kredit dəstəyi şəklində digər məbləğlər əlavə edilə bilər. Büdcə qanunu və bu müqavilənin maliyyələşdirmə maddəsi təsdiqlənərsə, müqavilə bu ildən tətbiq ediləcək.
Bu saziş, iki ölkə arasında razılaşdırılmış layihələrə xərclənəcək ortaq fondla İraqdan gündə 100.000 barel neft alınmasını təmin edir.
Çin hazırda İraqın ikinci ən böyük ticarət tərəfdaşıdır. İraq yaxın gələcəkdə aktivlərini 500 min barrelə qədər artırmağı gözləyir”.
2019-cu ilin sentyabrında İraqda küçə etirazları başlamazdan bir ay əvvəl baş nazir Adil Əbdülmehdi Çinə beş günlük səfər etmişdi və bu ölkə ilə maliyyə, iş, təhlükəsizlik, mülki mühəndislik, rabitə, mədəniyyət və təhsil sahəsində səkkiz müqavilə və memorandum imzalamışdı.
Müşahidəçilərə görə, Bağdadın şərqə bu cür yönəlməsi və ABŞ-a olan məsafəsi, Vaşinqtonun Bağdadı görünməmiş təzyiqə məruz qoymasına səbəb oldu.
Adil Əbdülmehdinin məcburi istefasının onun Çinlə yaxınlaşmasının əvəzi olduğu və Əl-Kazıminin baş nazirliyindəki hökumətin Çin ilə müqavilələri ləğv etmək üçün ciddi təzyiq altında olduğu deyilir.