Ənsarullah Məaribdə düşmənin Səhn Əl-Cin bazasını diz üstə qoyub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375279-Ənsarullah_məaribdə_düşmənin_səhn_Əl_cin_bazasını_diz_üstə_qoyub
Yəmən ordusu və inqilabi xalq komitələri Məaribdə böyük irəliləyiş əldə ediblər. Bölgədəki koalisiya qüvvələrinin ən mühüm hərbi bazası olan Səhn Əl-Cin süqut etmək ərəfəsindədir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 03, 2021 19:13 Asia/Baku
  • Ənsarullah Məaribdə düşmənin Səhn Əl-Cin bazasını diz üstə qoyub

Yəmən ordusu və inqilabi xalq komitələri Məaribdə böyük irəliləyiş əldə ediblər. Bölgədəki koalisiya qüvvələrinin ən mühüm hərbi bazası olan Səhn Əl-Cin süqut etmək ərəfəsindədir.

SəhərAzəri Yemnews-a istinadən xəbər verir ki, qarşıdurmalar indi Səhn Əl-Cin bazasının ən vacib qarnizonu olan Cəbəl Əl-Akşatda baş verir.

 Bu gün (3 aprel) Səna qüvvələri, Məarib vilayətində yeni irəliləyiş əldə etdilər ki, bu da strateji Səhn Əl-Cin bazasına yaxınlaşmalarını təmin edib. Səhn Əl-Cinin süqutu istefa vermiş Hadi rejiminin qüvvələrinin “üçüncü hərbi” bölgəsinin əldən çıxması deməkdir.

 Bu irəliləyiş Səna qüvvələrinin İdat Əl-Raanın şimalındakı Xəlfən, Əl-Qarn Əl-Əhmar, Əl-Süveyda və Əl-Daşuş bölgələrini ələ keçirməsindən və böyük hərbi texnika ələ keçirməsindən sonra baş verir.