Suriya ABŞ-dan təzminat tələb etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375748-suriya_abŞ_dan_təzminat_tələb_etdi
Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəsinə qarşı apardığı siyasət nəticəsində baş vermiş dağıntı və itkilərə görə ABŞ-dan təzminat tələb etdiklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2021 10:34 Asia/Baku
  • Suriya ABŞ-dan təzminat tələb etdi

Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəsinə qarşı apardığı siyasət nəticəsində baş vermiş dağıntı və itkilərə görə ABŞ-dan təzminat tələb etdiklərini bildirib.

SəhərAzəri Sputnik-ə istinadla  xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında belə qeyd edilib: “Suriya höküməti ölkə əhalisinə qarşı tətbiq edilən cinayət siyasətinin nəticələrinə görə, ABŞ-ı günahkar hesab edir və ABŞ-ın təcavüzkarlığı ilə işğalının nəticəsində baş verən kütləvi dağıntı və saysız itkilər üçün təzminat tələb edir”.

 Açıqlamada ABŞ-ın Suriyadakı davranışının beynəlxalq qanunlara zidd olduğu və dünya birliyi tərəfindən qınanılmalı olduğu bildirilib və belə qeyd olunub: “ABŞ və dünyadakı və regiondakı dostları, Suriyaya qarşı misilsiz terror müharibəsini dəstəkləyir”.