Apr 14, 2021 22:08 Asia/Baku
  • ABŞ-ın İraqdan çıxmasına dair parlamentə müraciət edildi

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü dünən (13 aprel) strateji danışıqlar aparan Bağdad-Vaşinqton Strateji Dialoq Komitəsinin ABŞ-ın döyüş qoşunlarını İraqdan çıxarmağa razı olduğunu açıqladığını söyləyib.

 SəhərAzəri Mawazin News-a istinadən xəbər verir ki, İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Bədr Əz-Zayadi televiziya ilə verdiyi açıqlamasında belə deyib: “Birgə Komitə, Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinə ABŞ-ın strateji danışıqların üçüncü mərhələsində döyüş birliklərini İraqdan çıxarmağa razılıq verdiyini bildirdi. Vaşinqtonun dərhal İraqdan çıxmağa razılaşması Birgə Komitəni təəccübləndirdi və bu, əlbəttə ki, yaxşı haldır”.

 O, Bağdad ilə Vaşinqton arasındakı razılaşmanın həyata keçirilməsini iki tərəf arasındakı münasibətlərin möhkəmləndirilməsində vacib məsələ adlandıraraq, belə deyib: “Son razılaşmaya əsasən, İraqda qalacaq olanlar döyüş yox, təlim qüvvələri alacaq”.

 İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əs-Səhaf aprelin 6-sı Bağdad və Vaşinqton arasında strateji danışıqların bitməsindən sonra belə bir açıqlama vermişdi: “Danışıqlardan sonra ABŞ hərbçilərinin iştirakı məsləhət və təlim verməklə məhdudlaşacaq və xarici qoşunlar müəyyən olunmuş cədvələ əsasən İraqdan kənarda yerləşdiriləcək.

 Qalan xarici qüvvələr sırf İraq bazalarında olacaqlar. Bağdad və Vaşinqton İraqda (xarici) döyüş qüvvələrinin olmaması barədə razılığa gəldilər”.