Apr 17, 2021 12:22 Asia/Baku
  • Aramko-nun fəaliyyətsizliyi davam etməkdədir

Ənsarullah-ın Aramko neftayırma təsisatlarına qarşı PUA hücumları Ərəbistanı həm hərbi, həm də iqtisadi cəhətdən təsir altında qoyub.

SəhərAzəri xəbər verir ki, noyabr ayından fəaliyyətə başlamalı olan Aramko şirkətinin birja payının təqdimi şirkətin fəaliyyətlərinin təxirə düşməsilə dekabr və yanvar aylarına saxlanıbdır.

Bir informasiya mənbəyi Frans-24-ə deyibdir ki, qarşıdakı aylarda Aramko neft şirkətinin birja paylarında bir trilyard 500 milyard dollardan iki trilyard dollaradək dəyərləndirmə aparılmalıdır.

Fransız media sonra bildirib ki, Aramko neft şirkətinin fəaliyyətinin tam şəkildə təxirə düşməsinin başlıca dəlillərindən biri, Yəmənin Ənsarullah hərəkatının Ərəbistanın neft təsisatlarına qarşı PUA hücumlarının olduqca güclü təsiri olubdur.

Aramko neftayırma təsisatlarına qarşı keçirilmiş PUA hücumları Ərəbistanı həm hərbi, həm də iqtisadi cəhətdən təsir altında qoyub.

Bu hücumlar böyük iqtisadi ziyanlar törədib və Aramko-nun dəyərinə sürətlə təsir göstəribdir.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii cümə axşamı gününün səhər saatlarında Səudiyyə Ərəbistanındakı həssas nöqtələrə qarşı geniş raket və PUA hücumlarından xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü bu haqda deyib ki, Yəmənin raket və PUA bölməsi müştərək bir əməliyyatda on bir raket və pilotsuz uçuş aparatı ilə Aramko şirkətini, Patriot sistemlərini və Cizandakı həssas hədəfləri nişan alıbdır.

Yəhya Əlsərii bildirib ki, Aramko şirkəti və bir sıra digər hədəflər «Səir» və «Bədr» tiplərindən olan yeddi raketlə nişan alınıb.

Atışlar dəqiq şəkildə həyata keçirilib. Belə ki, Aramko şirkətində böyük alov yaranıbdır.

Teqlər