Təl-Əviv başını itirib
«Əka» informasiya portalı sionist rejimin xəfiyyə orqanlarının «Dimona» atom təsisatlarının yaxınlığında baş vermiş raket partlayışının mənşəyi ilə bağlı başlarını itirmələrindən xəbər verib.
SəhərAzəri xəbər verir ki, sionist rejim mediaları bu gün Nəqəb bölgəsinin cənubunda həyəcan siqnalının səsləndirilməsindən xəbər veriblər.
Bu medialar qeyd ediblər ki, çox sayda sionist, bir neçə şəhərdə, o cümlədən Aşdod, Qüds və «Cəfəat Zeif» şəhərlərində çox sayda partlarıyış səsi eşidib.
Sionsit rejimin 13-cü telekanalının müxbiri Elmoq Buker bildirib: həyacan siqnalının səsləndirildiyi Dimona yaxınlığında yerləşən Əbu-Qrinat bölgəsinin sakinlərindən biri deyib ki, olduqca güclü bir partlayış səsi onların evlərini titrətdi. Eyni zamanda həyəcan siqnalı eşidildi.
Belə bir halda, sionist Məariv qəzetinin müxbiri Tal Lif Ram deyib: Bu anadək Qəzzə zolağından bir raketin atılması bu barədə heç bir məlumat yayılmayıb.
Eyni zamanda ibri dilli «0404» portalı bildirib: Dəyərləndirmələr göstərir ki, Suriyadan bir ədəd raket atılıb və Əlnəqəb bölgəsinin şərqinə düşübdür.
Sionist jurnalist Aver Hiler də bir tvittdə yazıb ki, təqribən səhər saat bir-45 dəqiqədə Dimonada həyəcan siqnalı səsləndirildi. Ondan sonra isə işğal olunmuş ərazilərin mərkəzində bir neçə partlayış səsi eşidildi. Daha sonra Suriyada xəbərlər yayıldı ki, sionist rejimin hava qüvvələri Suriyada bir neçə hücum həyata keçiriblər. Sionist rejimin təhlükəsizlik aparatı tezliklə bir bəyanat yayacaq və bu qeyri-adi hadisə barədə izahat verəcək.
Qeyd etmək lazımdır ki, əgər sionist rejim mənbələrinin xəbərləri düz olarsa, qeyri-adi bir hadisə baş veribdir, zira Dimona atom elektrik stansiyasının yaxınlığındakı Əbu-Qrinat kəndinin yaxınlığında partlayış səsi eşidilib və bu stansiyanın yaxınlığındakı Patriot sistemi işə düşübdür.
Təəccüb doğuran məsələ budur ki, «Dəmir Qübbə» deyil, Patriot sistemi işə düşübdür, zira Patriot sistemi uzaq mənzilli ballistik raketlərə qarşı işlədilir, halbuki «Dəmir Qübbə» əslində qısa və orta mənzilli raketlərlə mübarizə üçündür.
Qeyd edək ki, sionist rejim ordusu bildirib ki, Qəzzədən heç bir raket atışını qeydə almayıb və hazırda raketin haradan atıldığını anlamaq ardıncadır.