Döyüş qaydaları dəyişməkdədir
«Rəy Əlyəum» adlı elektron qəzetin baş redaktoru bu gün səhər tezdən işğal olunmuş Fələstinin cənubunda yerləşən «Dimona» nüvə təsisatlarına tərəf raketin atılmasına işarə ilə deyib ki, strateji səbirin tükəndiyi nəzərə çarpır.
SəhərAzəri xəbər verir ki, Əbdulbari Ətvan bu gün bir tvittdə həmin məsələyə nəzər salaraq, sonra belə yazıb: Dimona-ya qarşı raket hücumu bəlkə də döyüş qaydalarında bir dəyişikliyin başlanğıcı olmuş olsun. Bu raket bütün keçmiş parametrlərin dağılmasını sərgilədi.
Ətvan sonra yazıb: Belə görünür ki, strateji səbir tükənib və bəzi ərəblərin böyük önəm verdikləri dəmir qübbələrin yalan olmaları sübuta yetdi.
Sionist qəsəbə sakinlərinin vahimə ilə sığınacaqlara qaçmalarını görən kəslər dediklərimizi dərk edirlər; müqavimət cavab verəcək və izzət zamanı qabaqdadır.
Bu sözlər elə bir halda söylənibdir ki, sionist rejim ordusu bir az öncə etiraf etdi ki, bu rejimin müdafiə sistemləri Suriya ərazisindən atılmış raketi izləməkdə uğursuz qalıblar.