İşğal olunmuş Fələstində ammonyak sızması
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376182-İşğal_olunmuş_fələstində_ammonyak_sızması
Sionist rejim mənbələri dünən gecə bu rejimin İşğal olunmuş Fələstində yerləşən Hayfa şəhərindəki zavodlarından birində ammonyak sızmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2021 08:54 Asia/Baku
  • İşğal olunmuş Fələstində ammonyak sızması

Sionist rejim mənbələri dünən gecə bu rejimin İşğal olunmuş Fələstində yerləşən Hayfa şəhərindəki zavodlarından birində ammonyak sızmasından xəbər veriblər.

SəhərAzəri xəbər verir ki, sionist rejimin yeddinci telekanalı bu xəbəri verərək, bildirib ki, yardım və xilasetmə qrupları hadisə məkanına göndəriliblər.

Bu olay haqda artıq detallar verilməyibdir.

Belə bir halda, informasiya mənbələri çərşənbə günü gecə xəbər veriblər ki, işğal olunmuş ərazilərin cənubunda yerləşən Nəqəb səhrasındakı «Dimona» nüvə reaktorunun ətrafında həyəcan siqnalları səsləndirilib.

Ondan öncə də bəziləri bu nüvə reaktorunun ətrafında güclü partlayış səsindən xəbər vermişdilər.

Onun ardınca sionist rejim ordusunun sözçüsü Avixay Adri iddia etdi ki, bu ordunun qüvvələri Suriyadan işğal olunmuş ərazilərə tərəf yer-hava raketinin atılması və Nəqəb bölgəsinə düşməsini müşahidə ediblər.