İsrail rejimindən analitik: “Suriyanın raketi tənliyi dəyişdirdi”
İsrail rejiminin hərbi analitiki Yoav Limor sionist rejimin Suriyanın keçən həftə Dimona nüvə stansiyası yaxınlığına düşən raketi ilə əlaqədar narahat olmalı olduğunu söyləyib.
SəhərAzəri xəbər verir ki, Londonda çıxan Rəy Əl-Youm qəzetinin hesabatına görə, Yoav Limor Suriyanın Nəqəv səhrasında düşən hava hücumundan müdafiə sistemi raketinin mövcud münaqişə tənliyini dəyişdirdiyini söyləyib.
Yoav Limor “İsrael Hayom” qəzetindəki məqaləsində İsrail rejiminin Suriya ordusunun Suriya ordusu tərəfindən atılan qurudan-havaya raketini tuta bilməməsinə görə bir sıra səbəblərindən narahat olmalı olduğunu yazıb.
O, İsrail rejiminin ordusunun Suriya raketini tuta bilməməsinin səhv hava hücumundan müdafiə sistemi raketinin istifadəsi və ya başqa səbəblə olduğunu təcili açıqlamalı olduğunu bildirib: “Suriyanın qurudan-havaya raketinin marşrutu kifayət qədər problemlidir. Bu raket uçuş zamanı gedişatını dəyişdirdi və bu müddət ərzində yeni hədəf axtardı. İsrail (sionist rejim) dünyanın ən müasir hava müdafiə və raket qarşılama sisteminə sahibdir, ancaq bu sistem raketlərə cavab vermək üçün hazırlanmışdı, indi isə qanadlı raketləri, pilotsuz təyyarələri və hətta yerdən-havaya raketlərinə cavab verə bilməlidir”.
Suriyadan kiminsə burada yeni texnologiya olduğunu düşünərək və yüzlərlə kilometr mənzilli bu cür raketlərin İsrail rejiminin cənubuna düşə biləcəyini bilərək, buraya davamlı raket zərbələrinin ediləcəyindən qorxduğunu bildirən sionist analitik, belə davam edib: “Bəli, doğrudur, bu raketlərin dəqiq zərbələri yoxdur və müəyyən hədəfi vurmaq üçün istifadə edilə bilməz, ancaq bu raketlər İsrail (sionist rejim) xalqını dəli etmək və maddi ziyan vurmaq üçün kifayətdir”.