BMT Yəməndəki durumun ağırlığı haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376752-bmt_yəməndəki_durumun_ağırlığı_haqda_xəbərdarlıq_edib
BMT bildirib ki, Yəmən on altı milyon ac insan və beynəlxalq yardım büdcəsində iki milyard 500 milyon dollar maliyyə çatışmazlığı ilə ağır vəziyyətdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2021 10:56 Asia/Baku
  • BMT Yəməndəki durumun ağırlığı haqda xəbərdarlıq edib

BMT bildirib ki, Yəmən on altı milyon ac insan və beynəlxalq yardım büdcəsində iki milyard 500 milyon dollar maliyyə çatışmazlığı ilə ağır vəziyyətdədir.

BMT sözçüsü Stefan Ducarrik dünən gecə deyib ki, 20 milyondan çox yəmənli qıtlıq astanasındadır və yardıma ehtiyac duyur. Həmçinin on altı milyondan çox kişi, qadın və uşaq bu il ac qalacaq.

Ducarrik sonra bildirib ki, on minlərlə nəfər hazırda qıtlıq şəraitində yaşayır. Beş milyon nəfər də onların bir addımlığında durur.

BMT-nin tabeliyində olan orqanlar, o sıradan Ümumdünya Səhiyyə Təşkilatı, uşaq fondu olan YUNİSEF dəfələrlə xəbərdarıq ediblər ki, təcavüzkarların Yəmənə qarşı hücumlarının davam etməsi nəticəsində bu ölkə xalqı ötən əsrdə misli görünməyən qıtlıq və bir insan faciəsinin baş verməsi ilə üz-üzədir.

Səudiyyə Ərəbistanı ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan blokadaya alıb.

Ərəbistanın və onun Yəməndəki müttəfiqlərinin militarizmi indiyədək on yeddi mindən çox yəmənlinin ölümü, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin isə didərgin düşməsi ilə nəticələnib.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üz-üzə qoyub.

YƏMƏNDƏKİ DURUMUN AĞIRLIĞI HAQDA XƏBƏRDARLIQ