May 09, 2021 15:26 Asia/Baku
  • Səəd Həririnin Livan hökumətinin təşkilindən istefa verməsi ehtimalı var

Livanın media mənbələri xəbər veriblər ki, Livan hökumətinin təşkil tapşırığını almış Səəd Həriri istefa vermək məsələsini araşdırmaqdadır.

SəhərAzəri xəbər verir ki,ötən il oktyabrın 23-də Həssan Diyabın baş nazirlikdən istefa verməsindən sonra Livan hökumətinin təşkili Həririyə tapşırıldı.

Amma bu günədək onun Livanın parlament üzvləri və bu ölkədəki partiyaların nümayəndələri ilə məşvərətləri nəticə verməyib və indi Livan medialarında onun istefa verməsi ehtimalı məsələsi qaldırılıb.

Həririnin siyasi gələcəyi barədə bütün ehtimallar mövcuddur və sonrakı olaylar məlum edəcək ki, o, nazirlər kabinetinin təşkili üzrə tapşırığını davam etdirəcək, yoxsa istefa verəcək.

Hökumətin təşkili üçün Səəd Həriri ilə Azad Milli Cərəyan Partiyasının sədri Cubran Basil arasındakı ixtilaf tam şəkildə aradan qaldırılmalıdır.

Səəd Həririnin Livan hökumətinin təşkili tapşırığını almasından altı ay yarımdan çox bir müddət ərzində Livanın 77-ci hökumətinin təşkil olunmaması, hazırda çox sayda iqtisadi problemin kənarında, Livanı keçmişdəkindən daha çox ibri-səud-amerikan mehvərinin fitnələri təhlükəsi ilə üzləşdiribdir.

Teqlər