May 12, 2021 11:51 Asia/Baku
  •  Tel-Əvivə qarşı ən böyük raket hücumunun təfərrüatı açıqlandı

HƏMAS hərəkatının hərbi qanadının sözçüsü bu gün səhər saatlarında Təl-Əviv, Beer Şeva və Ben-Qurion hava limanına qarşı ən böyük raket hücumunun detallarını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı olan İzzəddin Qəssam briqadalarının mətbuat katibi Əbu-Übeyde deyib: "Bu gün səhər saatlarında Təl-Əviv şəhəri ilk dəfə olaraq, SH-85 tipli raketlərlə hədəfə alınıb, Qüdsdəki xalqımıza deyirik ki, əmin olun, müqavimət ayıq-sayıqdır və döyüş üçün tam hazır vəziyyətdədir". 

Əbu-Übeydə fələstinlilərə xitabən bir müraciətdə onları işğalçı hegemonçular qarşısında dayanmağa çağırıb və deyib: "İşğal olunmuş ərazilərdəki fələstinlilər bizdən, biz də onlardanıq. Mövqelərinizdə qalın və işğalçı hegemonçularla mübarizə aparın və hüquqlarınızı onlardan alın. Bu vəziyyətdə bizim də sizin qılıncınız və qalxanınız olduğumuzu görəcəksən".

Qəssam briqadaları bu gün səhər sionist qırıcılarının Qəzzədə yaşayış massivlərinə qarşı hücumlarına cavab olaraq, Təl-Əviv, Beer Şeva və Ben Qurion hava limanının 210 raketlə hədəfə alındığını bildirib. 100 reket Beer Şeva, 110 raket isə Təl-Əviv və Ben Qurion hava limanına doğru atılıb.

"Rusiya Əl-Youm" agentliyinin müxbiri Təl-Əvivə hava hücumunda bir qadının öldüyünü, 26 nəfərin yaralandığını bildirib.

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı "Səraya Əl-Qüds"də yerli vaxtla saat 5:00-da Təl-Əviv, Əsqəlan, Beer Şeva və Sederot şəhərlərinə 100 raketin atıldığını bildirib. 

İsrail rejimi televiziyasının verdiyi məlumata görə, son üç gündə Fələstinin işğal olunmuş ərazilərinə 1000-ə yaxın raket atılıb.

Teqlər