İslam həmrəyliyi üçün yeni bir fürsət
Çavuşoğludan İsrail açıqlaması: Tədbir görməliyik!
Türkiyənin XİN başçısı Fələstində cərəyan edən qanlı olaylarla bağlı məsləhətləşmələri davam etdirir.
SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu səudiyyəli həmkarı ilə görüşdən sonra deyib: "İsrailin hücumları qarşısında səssiz qala bilməzdik. Lazımı təmasları başlatdıq. Fələstin xarici işlər nazirləri ilə daim əlaqədəyik. Güclü bir şəkildə qınaq kifayət etmir. Tədbirlər də görməyimiz lazımdır. Sadəcə səfirlər səviyyəsində deyil, siyasi səviyyədə də baxılması lazım olduğunu dedik. Fələstinlilərin hüquqlarını qorumalıyıq. Amma xüsusilə fələstinli mülki şəxslərin qorunması məsələsi də gündəmə gəldi."
Türkiyəli nazir həmçinin Fitir Bayramından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində toplantı keçiriləcəyini qeyd edib.
Çavuşoğlu iki gün öncə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də İsrailin vəhşiliklərini dayandırmaq barədə fikir mübadiləsi aparmışdı.