May 16, 2021 12:25 Asia/Baku
  • İşğalçı rejim bütün hüquq normalarını pozur-ÖZƏL

Sionist rejimin Qəzzə əhalisinin başına bomba yağdırması qəddarlıq baxımından dünya hərb tarixinin misilsiz səhifəsinə çevrilib. Beynəlxalq hüquqda bunun adı hərbi cinayətdir.

Sionist İsrail rejiminin bu günlərdə əsasən dinc fələstinlilərə divan tutması o cümlədən də onlarla uşaq və qadını qətliam etməsi beynəlxalq hüququn təməl prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunur. Hüquq müdafiə təşkilatlarının bildirdiyinə görə irqçi rejim insan haqlarının pozulmasında sərhəd tanımır və hərbi cinayətlər törətməklə məşğuldur. İnsanları qırğın etmək, onlara hədə-qorxu gəlmək, fələstinlilərin evlərini və əkin sahələrini dağıtmaq və onları öz yaşadıqları yerlərdən didərgin salmaq kimi etnik təmizləmə əməliyyatları cinayətkar rejimin bütün normaları aşması deməkdir.
BMT-nin insan haqları şurasının məruzəçisi bir neçə ilə əvvəl öz hesabatında bildirmişdi ki, İsrail hərbçiləri dinc sakinləri, xüsusilə də uşaqları bu rejim başçılarının göstərişi ilə bilərəkdən hədəfə alırlar. Bundan əlavə Beynəlxalq Amnistiya Təşkilatı İsrailin fələstinlilərə məxsus evləri dağıtmasını hərbi cinayət adlandırıb.

Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” isə dərc etdiyi 213 səhifəlik ən son məruzəsində ilk dəfə olaraq açıq şəkildə İsraili aparteid siyasətində ittiham edib. Təşkilatın mütəxəssislərinin fikrincə, İsrail milyonlarla fələstinlini təməl hüquqlardan məhrum edib.

 

Teqlər