Yəmənin «Məlik Xalid» bazasına qarşı PUA hücumları davam edir
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin Ərəbistanın «Məlik Xalid» hava bazasına qarşı yeni PUA hücumlarından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən,Yəhya Əlsərii bildirib ki, Yəmən ordusunun PUA bölməsi bu gün səhər «Qasif 2K» PUA-sı ilə həyata keçirdiyi bir hücum əməliyyatında Ərəbistanın cənubundakı Əsir əyalətinin «Xəmis Muşayit» rayonunda yerləşən «Məlik Xalid» hava bazasını hədəfə ala bilib.
PUA hücumunda «Məlik Xalid» hava bazasında nəzərdə tutulan hədəfin dəqiq şəkildə vurulmasına işarə edən Əlsərii qeyd edib ki, bu hücum Yəmənə qarşı əhatəli blokadaya və təcavüzlərin kəskinləşməsinə cavab istiqamətində həyata keçirilib.
Yəmənin PUA bölməsi dünən səhər tezdən və cümə günü gecə də bir hücum əməliyyatında «Qasif 2K» PUA-sı ilə «Məlik Xalid» hava bazasını hədəfə almışdı.
Səudiyyə Ərəbistanı ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi təcavüz edərək, bu ölkənin quru, dəniz və havadan mühasirəyə aldı.
Səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqının müqaviməti səbəbindən öz məqsədlərinə nail ola bilməyiblər.