İyun 13, 2021 23:18 Asia/Baku
  • Knessetdə etimad səsi iclasında gərdinlik

Sionist rejimin parlamenti- knessetin «Naftali Benet-Yair Lapid» koalisiyasının nazirlər kabinetinə etimad səsi üzrə bugünkü iclası gərginlik və knesset üzvlərindən bir qrupunun çıxarılması ilə müşayiət olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Knessetin bəzi üzvləri bugünkü iclasda «Ha-Yamin» partiyasının sədri Naftali Benetə etiraz edib və onun çıxışını kəsiblər. Sionist rejim parlamentinin sədri də Benetin çıxışının boykot edilməsinə görə, bir sionist partiyanın nümayəndələrindən bir qrupunu ixrac edibdir.

Naftali Benet çıxışının əvvəlində «sionist rejim üçün fədakarlıqları» adlandırdığı məsələyə görə, Benyamin Netanyahuya təşəkkür edib. Onun çıxışı Netanyahunun başçılıq etdiyi Likud partiyasının nümayəndələrinin etiraz fəryadları ilə müşayiət olunub.

Teqlər