Knessetin son iclası; Netanyahu kənarlaşdırıldı
Sionist rejim parlamenti-knessetin yeni hökumətə etimad səsi üzrə iclası keçirildi və nəhayət Netanyahunun hakimiyyətdən kənara qoyulması ilə başa çatdı.
SəhərAzəri-Knessetin dünənki iclasının deməyə sözü çox idi.
2009-cu ildən sionist rejimin baş naziri vəzifəsini daşıyan Benyamin Netanyahu dünən on iki ildən sonra yenə də bu vəzifədə qalmağa və yeni hökumətin təşkilinə mane olmağa çalışdı.
Netanyahunun knessetdəki himayədarları qalmaqal salıb, son oxlarını atmaqla Likud partiyası liderinin hakimiyyətdən kənara qoyulmasına mane ola biləcəklərini zənn etdilər, lakin knessetin sədri onların bir qrupunu iclasdan çıxardı. Netanyahunun lobbisi, qalmaqal və təhdidi nəticə vermədi və o, nəhayət kədərli görkəmlə baş nazir kürsüsünü Naftali Benetə təhvil verməyə məcbur oldu.
Digər bir məsələ budur ki, Netanyahunun və onun himayədarlarının dünən knessetin daxili və xaricindəki rəftar tərzi cari ilin yanvarında Amerikada baş vermiş hadisələrə və Donald Trampın himayədarlarının bu ölkənin konqresinə hücum etmələrinə çox oxşayırdı.
Bu rəftar tərzi göstərir ki, demokratiya və qüdrətin dinc şəkildə ötürülməsi Tramp və Netanyahu kimi şəxslər üçün mənasızdır.
Eyni zamanda, bu rəftar göstərir ki, bu şəxslər özlərinin siyasi zorakılıqları ilə digər ölkələri necə xərclərə salıb və beynəlxalq təhlükəsizlik üçün nə həddə problem və təhdid yaradıblar.
Başqa bir məsələ budur ki, Netanyahu dünən öz sözləri, xüsusən tezliklə hakimiyyətə geri dönəcəyinə dair fikirləri ilə sionist rejim cəmiyyətinə və öz siyasi rəqiblərinə iki mesaj verməyə çalışdı.
Birinci mesaj bu idi ki, Netanyahu və onun müttəfiqləri yeni nazirlər kabinetini dağıtmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
İkinci mesaj isə bu idi ki, Netanyahu yenidən hakimiyyətə qayıdacağı vədini versə də sionist rejim məhkəməsində olan korrupsiya işlərindən nigarandır. Netanyahunun ötən iki ildə baş nazir vəzifəsini itirməməyə çalışmasının dəlillərindən biri bu idi ki, korrupsiya işlərinin ucbatından zindana düşməkdən qorxurdu.
Digər bir cəhət budur ki, sionist rejim parlamentinin səhnəsi dünən, ən mühüm göstəricisi, çox kövrək olan bir nazirlər kabinetinin hakimiyyətə gəlməsinin şahidi idi. Naftali Benet elə bir nazirlər kabinetinə başçılığını öhdəsinə götürdü ki, onda solçu və mötədil, həmçinin ərəb partiyalarının nümayəndələri iştirak edirlər və Benetin özü də ekstremist sağçı Ha-Yamin partiyasına rəhbərlik edir. Sionist rejimdə az sayda hökumət olubdur ki, bu həddə rəngarəng və təzadlı təmayüllərə malik olan şəxslərlə dolu olmuş olsun.Digər tərəfdən, baş nazir vəzifəsi də Benet və Yair Lapid arasında dövri surətdə dəyişiləcək və Lapid 2023-cü ilin noyabrından bu vəzifəni Benetdən təhvil alacaq. Hətta xarici işlər naziri kimi nazir vəzifələri də dövri surətdə olacaq.
Başqa bir tərəfdən, bu vəziyyət sağçı Benet ilə solçu Lapid arasında etimadsızlığa gətirib çıxara bilər; ötən il Netanyahu ilə Qants arasında baş verən kimi.
Həmçinin bu durum sionist rejimin yeni nazirlər kabinetinin sırf olaraq, «Netanyahudan keçid» kabineti adlandırılmasına səbəb olacaq, zira bu kabinet, işğal olunmuş ərazilərdə sabitliyin yaradılması istiqamətində güclü bir kabinet ola bilməz.
Bu məsələyə dünən Netanyahu da işarə etdi.
Hazırda ən iri müxalif partiya olan Likud partiyasına başçılıq edən Netanyahu Benetin kabinetini «xaincəsinə birlik» əsasında təşkil olunmuş «zəif və sazişçi» kabinet adlandırdı.
Bundan başqa, yeni nazirlər kabineti knesset üzvlərinin minimum səsi ilə təşkil edildi. Dünən Benetin hökumətinə yalnız 60 nəfər etimad səsi verdi, 59 nəfər də ona qarşı çıxdı. Bu da onu göstərir ki, yeni kabinetin çoxsaylı və vahid müxalifləri var.
Belə bir halda, təkcə bir partiyanın kabinetdən çıxması da onun dağılması ilə nəticələnə bilər. Buna görə, knessetin dünənki səhnəsinə və nazirlər kabinetinin kövrəkliyinə əsasən, yeni kabinetin ömrünün o qədər də uzun olacağını gözləmək olmaz və növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilməz olmayacaqdır.