İyun 14, 2021 22:44 Asia/Baku
  • Qəsb olunmuş Qüdsdə təhlükəsizlik tədbirləri gücləndirilib

Media mənbələri qəsb olunmuş Qüdsdə sionist rejimin təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, bu addım bayraq yürüşünün keçirilməsinə hazırlıq istiqamətində atılır.

Bayraq yürüşünün keçiriləcəyi gün sionistlərlə fələstinlilər arasında şiddətli toqquşmaların baş verməsindən irəli gələn qorxuya görə, sionist rejimin polis qüvvələri açıq və gizli surətdə yürüş istiqaməti boyunca, xüsusən «Babuləamud» rayonunda yerləşiblər.

Sionist rejim bildiribdir ki, yürüş istiqamətini diqqətlə araşdırıb və polisin yerləşməsi üçün bəzi məkanlar müəyyən edilibdir ki, hər hansı qəfil hal üçün hazırlıq mövcud olmuş olsun.

Sionist rejim polisi cümə günü bildirdi ki, çərşənbə axşamı günü qəsb olunmuş Qüdsdə «bayraq yürüşü» adlı təhrikedici yürüşün keçirilməsi üçün sionist orqanlarla razılığa gəlib. Bu məsələ indiyədək Həmas hərəkatının xəbərdarlıqlarına görə, bir neçə dəfə ləğv olunmuşdu.

Otuz ilə yaxındır ki, sionistlər hər il mayın onunda, yəni Şərqi Qüdsün işğal olunmasının ildönümü günündə «bayraq yürüşü» adı altında yürüş keçirir və əllərinə sionist rejimin bayrağını alaraq, fələstinlilərə qarşı şüarlar verirlər.

Belə bir halda, Fələstində milli cərəyanların izlənilməsi komitəsi və Həmas hərəkatı da sionistlərin «bayraq yürüşü»nün keçirilməsilə bir zamanda, fələstinlilərin sionist işğalçılara qarşı intifazəsini istəyiblər.

Teqlər