Beyrutda aksiyaya çağırış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378058-beyrutda_aksiyaya_çağırış
İnformasiya mənbələri Livan vətəndaşlarının bu ölkənin müxtəlif rayonlarında qarışıq iqtisadi vəziyyətə etiraz olaraq, aksiya keçirmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2021 09:07 Asia/Baku
  • Beyrutda aksiyaya çağırış

İnformasiya mənbələri Livan vətəndaşlarının bu ölkənin müxtəlif rayonlarında qarışıq iqtisadi vəziyyətə etiraz olaraq, aksiya keçirmələrindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Livan vətəndaşları dünən axşamçağı öz ölkələrinin qarışıq iqtisadi və məişət vəziyyətinə etirazların davamında bu ölkənin müxtəlif rayonlarında küçələrə çıxıblar.

Livanlı etirazçılar küçə, prospekt və şose yollarını bağlayıb, lirənin dəyərinin dollar qarşısında tənəzzül etməsinə etiraz ediblər.

Etirazçılar həmçinin bu gün axşamçağı «Xalq qərar çıxarmalıdır!» adı altında Beyrutda xalq yürüşünün keçirilməsini tələb ediblər.

Livan təqribən il yarım bundan öncədən bəri iqtisadi böhranla çarpışır ki, bu da 1990-cı ildən bu yana, bu ölkədə ən pis böhran hesab olunur. Livan hökumətinin təşkilindəki böhran və bu sahədəki ixtilaflar da bu ölkədə iqtisadi problemlərə rəvac veribdir.