İyun 25, 2021 13:41 Asia/Baku
  • Terraktda beş polis işçisi şəhid olub

İraqın Kərkük əyalətində polisin patrul xidmətinə qarşı partlayış törədilib.

SəhərAzəri Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, ötən gün axşam Kərkük əyalətinin cənubunda polisin patrul xidmətinə qarşı partlayış törədilib. Partlayışdan sonra isə polis mövqeyinə minaatan silahları ilə hücum edilib.

Bu hücum nəticəsində beş polis həlak olub və ikisi yaralanıb.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində İraqda nəzarətində olan bütün coğrafi əraziləri itirib və məxfi obyektlərinə çəkilərək, terror hücumlarını həyata keçirməyə başlayıb.

Teqlər