İraqda elektrik qüllələri partladılır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378942-İraqda_elektrik_qüllələri_partladılır
Naməlum şəxslər İraqın şimalındakı Kərkük vilayətində yerləşən bir elektrik qülləsini partladıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2021 08:48 Asia/Baku
  • İraqda elektrik qüllələri partladılır

Naməlum şəxslər İraqın şimalındakı Kərkük vilayətində yerləşən bir elektrik qülləsini partladıblar.

SəhərAzəri xəbər verir: Bu məlumatı verən bir təhlükəsizlik mənbəyi dünən gecə bildirib ki, partlayış Kərkük vilayətinin şimal-qərbində yerləşən «Əldəbs» rayonunun ətrafındakı elektrik qüllələrindən birində baş verib. Partlayış elektrik qülləsinin yıxılmasına və əkin sahəsində yanğının baş verməsinə bais olub.

Bu təhlükəsizlik mənbəyi vurğulayıb ki, hal-hazırda yanğın söndürülüb və qüllənin bərpa işi başlanıbdır.

Hələ heç bir qrup partlayışın məsuliyyətini üzərinə götürməyibdir.

Son həftələrdə İraqın müxtəlif bölgələrində elektrik ötürmə qüllələrinə və elektrik stansiyalarına qarşı hücumlar artıb və işığın ardıcıl şəkildə kəsilməsinə bais olub.

Mediaların bildirdiklərinə görə, İŞİD terror qrupunun İraqa zərbə vurmaq üzrə ən son hərəkəti bu ölkənin şərqində yerləşən İrandan İraqa elektrik ötürmə qüllələrinin partladılmasıdır.

İŞİD terror qrupu bu hadisədən bir gün qabaq da Diyalənin şimal-şərqində yerləşən İrandan İraqa strateji elektrik ötürmə xəttini hədəfə alaraq, partlatmışdı.