Səud koalisiyası Sədəyə qarşı artilleriya ilə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379607-səud_koalisiyası_sədəyə_qarşı_artilleriya_ilə_hücum_edib
Səud təcavüzkarlarının Yəmənin Səədə şəhərinə qarşı artilleriya hücumları nəticəsində bir qrup mülki şəxs yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2021 10:17 Asia/Baku
  • Səud koalisiyası Sədəyə qarşı artilleriya ilə hücum edib

Səud təcavüzkarlarının Yəmənin Səədə şəhərinə qarşı artilleriya hücumları nəticəsində bir qrup mülki şəxs yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Səud təcavüzkarları Yəmənin şimalındakı Səədə şəhərində yerləşən Minbə bölgəsini artilleriya atəşlərinə məruz qoyublar.

Səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri ötən saatlarda da Yəmənin mərkəzində yerləşən Marəb vilayətinin bəzi bölgələrini bombalayıb və dəfələrlə yarımağır silahlar və artilleriya hücumları ilə Əlhudəydə vilayətində atəşkəsi pozublar.

Təcavüzkar səud koalisiyası ötən günlər ərzində də bir neçə dəfə Marəb, Əlcuf və Səədə vilayətlərini bombalayıbdır.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martından Yəmənə hərbi hücum edərək, bu ölkəni hava, quru və dənizdən mühasirə edibdir.