ABŞ Suriyanın şərqinə hərbi silah və sursat daxil edib
Amerikalı hərbçilər hərbi avadanlıq, logistik maddələr və silahlar daşıyan karvanı Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətinin «Xərab Əlcir» hava limanına köçürüblər.
SəhərAzəri-nin məlumatına əsasən, Suriya rəsmi informasiya agentliyinin məlumatına görə, bir amerikan karvan İraq Kürdüstanı bölgəsinin Suriya ilə sərhədində yerləşən qanunsuz Əlvəlid keçidi vasitəsilə bu ölkə ərazisinə daxil olub və Əlhəsəkənin şimalında yerləşən Əlmalikiyyə bölgəsindəki «Xərab Əlcir» hava limanına doğru hərəkət edib.
Bu karvan iri sandıqlar, iri soyuducular və bir neçə tanker daşıyan 45 yük maşınından ibarət olub.
Amerikalı hərbçilər ötən həftələr ərzində silah, hərbi və logistik sursatları qanunsuz keçidlər vasitəsilə Əlhəsəkəyə göndəriblər ki, özlərinin Suriyanın Əlcəzirə rayonundakı qanunsuz iştiraklarını gücləndirmiş, həmçinin bu ölkənin nefti və digər mədən ehtiyatlarını talan etməkdə davam etmiş olsunlar.