Sen 15, 2021 10:35 Asia/Baku
  • ABŞ-ın Suriyanı parçalamaq planı var

Rusiya xarici işlər nazirinin müavini Birləşmiş Ştatları Suriyanı parçalamağa cəhd etməkdə günahlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Ryabkov deyib: "ABŞ-ın Suriyanın bölünməsi üçün bir ssenariyə malik olduğuna inanıram. Biz buna qarşıyıq və Suriyanın ərazi bütövlüyünü vurğulayan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə çalışırıq."

O, ABŞ -ın planında Suriyanın bölünməsi üçün bir ssenarinin olduğunu ifadə edərək, Rusiyanın buna qarşı olduğunu vurğulyıb.

"Xatırlatmaq istərdim ki, qeyri -sabitliyin və Suriyada münaqişənin davam etməsinin əsas səbəblərindən biri ABŞ -ın ölkədə qanunsuz mövcudluğudur", deyə o qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Suriyanın ərazibütövlüyü və vahidliyinə təkidlə yanaşır.

Teqlər