Sen 23, 2021 14:20 Asia/Baku
  • Feysəl Miqdad
    Feysəl Miqdad

Suriyanın xarici işlər naziri vurğulayıb ki, Dəməşq Türkiyənin Suriyadakı iştirakını bir növ işğalçılıq sayır və Ankaradan öz qüvvələrini dərhal Suriyadan çıxarmasını tələb edir.

SəhərAzəri-nin məlumatına əsasən, Feysəl Miqdad deyib ki, İdlibdəki gərginliyin əsas səbəbi, Türkiyənin işğalçılığı və bu ölkə hökumətinin bu bölgədəki terror qruplarına dəstək verməsidir.

Miqdad vurğulayıb ki, Türkiyə dərhal Suriyadan geri çəkilməli, dünya ictimaiyyəti də Suriyanın ölkənin şimalında qəsb olunmuş ərazilərin azad edilməsi üzrə səylərini himayə etməlidir.

Suriya Xarici İşlər Nazirliyi bazar ertəsi günü BMT-dən və Təhlükəsizlik Şurasından istəyibdir ki, Türkiyənin Suriyadakı hərəkətləri qarşısında açıq-aşkar mövqe tutsunlar.

Türkiyə hərbçiləri kürd yarımhərbçilərin hücumları təhlükəsini dəf etmək bəhanəsilə Suriyanın şimalına daxil olub və bu bölgədəki geniş əraziləri öz işğalları altına alıblar.

Suriya hökuməti Türkiyənin onun ərazisindəki iştirakını qanunsuz sayır və dəfələrlə xəbərdarlıq edibdir ki, bu işğalçılığa son qoyacaqdır.

 

Teqlər