Sen 26, 2021 13:00 Asia/Baku
  • Həmas
    Həmas

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, İraq hökumətinin Fələstin amalını müdafiə və sionist rejimlə əlaqələrin adiləşməsilə müxalifət üzrə mövqeyinə görə təşəkkür edib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü- Hazim Qasim bildirib ki, İraq daima Fələstin amalının və onun xalqının qəsbkar sionist rejimə qarşı ədalətli mübarizəsinin müdafiəçisi olubdur.

Həmas-ın sözçüsü vurğulayıb ki, iraqlılar 1948-ci il müharibəsindən bəri sionist rejimin yaradılması ilə müxaliflət istiqamətində Fələstin xalqının kənarında mübarizə aparıblar və biz region ölkələrindən də istəyirik ki, sionist rejimlə əlaqələrin adiləşdirilməsini rədd etməklə Fələstin xalqının kənarında dursun və onun ədalətli amalının himayədarı olsunlar.

İraqın hökumət başçıları, o sıradan bu ölkənin prezidenti, baş naziri, parlament sədri, həmçinin İraqdakı şəxsiyyət və qruplar İraq Kürdüstanının mərkəzi sayılan Ərbildə sazişə çağırış yığıncağı ilə öz qətiyyətli müxalifətlərini elan və bu yığıncağı təşkil edən amillərin cəzalandırılmalarını vurğulayıblar.

Belə bir halda, İraq Kürdüstanının daxili işlər nazirliyi də Ərbil yığıncağını öz elan olunmuş hədəflərindən yayındırıb, sionist rejimlə saziş məsələsini qaldıran şəxslərin cəzalandırılmalarına təkidlə bildirib ki, bu bölgə İraqın federal hökumətinin xarici işlər nazirliyinin rəsmi siyasətinə sadiqdir.

 

Teqlər