Müqəddəs Kərbəlada əzadarlıq mərasimi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381785-müqəddəs_kərbəlada_əzadarlıq_mərasimi
İyirmi səkkiz səfər- İslamın əziz Peyğəmbəri(s.ə.s)-in vəfatı və İmam Həsən(ə)-ın şəhadəti günlərində İraqın ziyarət şəhərlərindən olan Müqəddəs Kərbəlada əzadarlıq mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2021 10:12 Asia/Baku
  • Müqəddəs Kərbəla
    Müqəddəs Kərbəla

İyirmi səkkiz səfər- İslamın əziz Peyğəmbəri(s.ə.s)-in vəfatı və İmam Həsən(ə)-ın şəhadəti günlərində İraqın ziyarət şəhərlərindən olan Müqəddəs Kərbəlada əzadarlıq mərasimi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən,  İslam Peyğəmbəri(s.ə.s)-in və dünya şiələrinin ikinci imamı- İmam Həsən Müctəba(ə)-ın vurğunları dünən gecə Müqəddəs Kərbəlada Həzrət İmam Hüseyn(ə)-ın hərəmində əzadarlıq mərasimi keçirməklə bu böyük qəmdə matəm saxlayıblar.

Digər tərəfdən, Nəcəfi-Əşrəf şəhərində Əmirəlmöminin Həzrət Əli(ə)-ın pak məqbərəsi bu gün, iyirmi səkkiz səfər günündə iki xüsusi təhlükəsizlik və xidmət layihəsi hazırlamaqla Ələvi zəvvarlarını qarşılamağa hazırdır.

Bu gün, səfəfr ayının iyirmi səkkizi, İslamın əziz peyğəmbəri(s.ə.s)-in vəfatı və dünya şiələrinin ikinci imamı- İmam Həsən Müctəba(ə)-ın şəhadətinin ildönümü günüdür.