İraqda parlament seçkilərinin ilk mərhələsində seçici fəallığı 69 faiz olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381915-İraqda_parlament_seçkilərinin_ilk_mərhələsində_seçici_fəallığı_69_faiz_olub
İraq vilayətləri üzrə Seçki Komissarlığı, parlament seçkilərinin ilk mərhələsində seçicilərin 69 faizinin iştirak etdiyini bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 09, 2021 08:57 Asia/Baku
  • İraqda parlament seçkilərinin ilk mərhələsində seçici fəallığı 69 faiz olub

İraq vilayətləri üzrə Seçki Komissarlığı, parlament seçkilərinin ilk mərhələsində seçicilərin 69 faizinin iştirak etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın Seçki Komissarlığının Komitələri Şurasının sədri Cəlil Ədnan Xələf deyib: "Seçkilərin ilk mərhələsi ravan şəkildə və İraq silahlı qüvvələrinin yaxşı iştirakı ilə keçirildi və onun gedişatında təhlükəsizlik pozuntusu qeydə alınmadı".

Qeyd edək ki, ötən cümə günü İraqda keçirilən parlament seçkilərinin ilk mərhələsində təxminən 1,2 milyon həbsxanadakı məhkumlar, daxili qaçqınlar və təhlükəsizlik qüvvələrinin əməkdaşları səs veriblər.

Bu ölkədə ümumi seçkilər başlamasına bir gün qalıb.

İraqda erkən parlament seçkiləri sabah oktyabrın 10-da keçiriləcək.