Beyrut hadisələri hərc-mərclik üzrə fitnədir
Livan şiələrinin ali islami məclisi vurğulayıb ki, Beyrut hadisələri Livanın hərc-mərcliyə və çaxnaşmaya düçar olması üzrə bir cəhddir və aqillik və təmkinliliklə onu elə əvvəldə susdurmaq lazımdır.
SəhərAzəri-nin məlumatına əsasən, Livan şiələrinin ali islami məclisi bu gün silahlı şəxslərin Beyrutda atəş açmalarına və bir neçə mülkinin ölməsi və yaralanmasına reaksiyada bir bəyanat yayıb və bu cinayəti pisləyibdir.
Livanlı mənbələr bu gün səhər xəbər veriblər ki, Beyrutdakı toqquşmalar Hizbullah və Əməl hərəkatı tərəfdarlarının Beyrut partlayışı üzrə müstəntiq Tariz Bitarın pis fəaliyyətinə etiraz olaraq küçələrə çıxmalarından sonra başlanıb.
Bu məlumatın yayılmasından az sonra medialar insanlara tərəf atəşin açılması və onlardan bir neçəsinin yaralanmasından xəbər veriblər.