Müharibə olsa Hizbullah günə iki min raket atacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i382215-müharibə_olsa_hizbullah_günə_iki_min_raket_atacaq
Sionist İsrail rejiminin yüksək rütbəli hərbi rəsmisi müharibə baş verəcəyi təqdirdə Hizbullah tərəfindən günə iki min raketin atılacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2021 08:09 Asia/Baku
  • Müharibə olsa Hizbullah günə iki min raket atacaq

Sionist İsrail rejiminin yüksək rütbəli hərbi rəsmisi müharibə baş verəcəyi təqdirdə Hizbullah tərəfindən günə iki min raketin atılacağını bildirib.

 SəhərAzəri-nin məlumatına əsasən, İsrail rejiminin “Daxili Cəbhəsi Ordusu”nun komandanı general-mayor Uri Qordin FransPress-ə bunu deyib.

İsrail generalı Livanda baş verən son hadisələrə münasibət bildirib və möhtəməl müharibənin fəsadları barədə danışıb.

O bildirib ki, son Qəzzə müharibəsində İsrailə rekord həddə raketlər atılıb və müharibə şimal cəbhələrində də olsa Hizbullah tərəfindən bu rəqəmin beşqatı atılacaq.

İsrail rejiminin hərbi mənbələri Hizbullahın raket arsenalında minimum 120 min raketin olduğunu bildirirlər.