Beyrutdakı hadisələr təhlükəli və fərqli idi
Livan Hizbullahının baş katibi dünən gecə bir çıxışda cümə axşamı günü bu ölkədə baş verən hadisələri mühüm və təhlükəli adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bildirib ki, bu hadisələr mövqeyin təyin edilməsinə ehtiyaclıdır.
Cümə axşamı günü Beyrutda törədilən cinayətə toxunan Seyid Həsən Nəsrullah belə qeyd edib: Livanda Beyrutun Cənubi Zahiyyə sakinlərinin həmişə qorxu və nigarançılıq içində olmalarını istəyən bir partiya var.
Bu partiyanın başçılarının xristianlar və müsəlmanlar arasında fitnəkarlıq və qeyri-real düşmənçilik yaratmaq ardınca olduqlarını bildirən Livan Hizbullahının baş katibi qeyd edib ki, bu partiyanın ardıcıl qorxuyaratmaqda məqsədi, özünü xristianların əsl müdafiəçisi kimi göstərməkdir.
Seyid Həsən Nəsrullah deyib ki, bu partiya üçün hərbi toqquşma və vətəndaş müharibəsinin heç bir önəmi yoxdur, çünki belə bir məsələ onun xarici maraqları istiqamətindədir.
Cümə axşamı günü səhər saatlarında Beyrut limanı partlayışı işi üzrə müstəntiq Tariq Bitarın fəaliyyətinə etiraz edən Livan xalqından bir qrup insan bu ölkənin ədliyyə binası qarşısında aksiya keçirdi. Qəflətən Səmir Cəcənin başçılıq etdiyi «Əl-Qüvvət-əl-Lubnaniyyəh» partiyasının tabeliyində olan ünsürlər onları atəşə tutdular.
Bu hücumda azı yeddi günahsız livanlı şəhid oldu, altmışdan çox insan da yaralandı.