Noy 21, 2021 11:33 Asia/Baku
  • 2021-ci ilin əvvəlindən bəri 77 fələstinli uşaq şəhid edilib

Ümumdünya Uşaqları Müdafiə Hərəkatı bildirib ki, 2021-ci ilin əvvəlindən bəri sionist rejim hərbçilərinin atəşləri ilə 77 fələstinli uşaq şəhid edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Uşaqları Müdafiə Hərəkatı ümumdünya uşaq günü münasibətilə yaydığı bəyanatda vurğulayıb ki, 2000-ci ildən bu ilin oktyabr ayının sonunadək sionist rejim hərbçilərinin atəşlərilə iki min iki yüz fələstinli uşaq şəhid edilib.

Bu hərəkat bildirib ki, sionist rejim hərbçiləri fələstinlilərlə mübarizə aparmaq üçün qəsdən onlara tərəf atəş açırlar; özü də elə bir şəraitdə ki, bunlar beynəlxalq qanunlarda heç bir əsaslandırmaya malik deyil və ifratçı hərbi gücdən istifadə, sionist rejim üçün bir qaydaya çevrilibdir. Bu rejim/ cavabdeh olmamaq və cəzalandırılmaqdan toxunulmaz qalmaq prosesindən sui-istifadə edir.

Bəyanatda sonra deyilir ki, beynəlxalq qanunlara əsasən, ölümcül hərbi gücdən istifadəni/ hücumçunun həyatının təhlükədə olacağı və ya onun təhlükəli zərbə hədəfinə alınacağı şəraitlərdən başqa, heç bir halda əsaslandırmaq olmaz.

Ümumdünya Uşaqları Müdafiə Hərəkatı 2015-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək inzibati hökmlərə əsasən, qırx bir fələstinli uşağın sionist rejim məhbəslərində saxlanıldığını qeydə alıb və bildirib ki, dörd fələstinli uşaq hələ də inzibati həbsdədir.

Bu hərəkat daha sonra bildirib ki, sionist rejim dünyada mütəşəkkil surətdə uşaqları həbs və ədalətsiz hərbi tribunallarda mühakimə edən yeganə rejimdir. Sionist rejim hər il 500-dən 700-dək fələstinli uşağı hərbi tribunallarda mühakimə edir.