Fələstin müqaviməti raket sınağı keçirib
Qəzzədə Fələstin müqaviməti öz hərbi qabiliyyətlərini genişləndirmək çərçivəsində yeni raketləri sınaqdan keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin müqavimətindəki bir mənbə bu gün deyib ki, müqavimət öz hərbi qabiliyyətlərini genişləndirmək və ondakı diqqəti artırmaq çərçivəsində Aralıq dənizinə tərəf dörd sınaq raketi atıb.
Müqavimət sionist rejimlə ehtimal olunan hər hansı qarşıdurma, eləcə də mesaj göndərmək üçün öz hazırlıqlarının bir hissəsi kimi, dövri surətdə Qəzzə zolağının sahillərindən raket sınağını təkrar edir.
Cari ilin yanvarında da Fələstin müqavimət qruplarının «Əlrukn Əlşədid» adlı hərbi təlimlərinin başa çatmasından iki gün sonra İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonlarının modern raketlərinə dair şəkillər yayıldı.