Səud koalisiyasının əhəmiyyətli komandiri Məaribin cənubunda öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i384039-səud_koalisiyasının_əhəmiyyətli_komandiri_məaribin_cənubunda_öldürülüb
Media mənbələri təcavüzkar səud koalisiyasının mühüm komandirinin Məaribin cənubunda Yəmən qüvvələri tərəfindən öldürüldüyünü bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2021 09:46 Asia/Baku
  • Yəmən
    Yəmən

Media mənbələri təcavüzkar səud koalisiyasının mühüm komandirinin Məaribin cənubunda Yəmən qüvvələri tərəfindən öldürüldüyünü bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Xəbər Əl-Yəməni" portalının məlumatına görə, Yəmənin istefa vermiş hökumətinə bağlı olan "İslahat" partiyasının müxbirləri bildiriblər ki, təcavüzkar səud koalisiyasının komandiri "Nasir Əl-Zibani" koalisiyanın bir sıra digər komandirləri ilə birlikdə Yəmən ordusu və xalq komitələri qüvvələrinin Məaribin Əl-Bəlq cəbhəsinə hücumları nəticəsində məhv edilib.

Məlumata əsasən, Əl-Zibani səud koalisiyasının Məaribdəki ən mühüm hərbi komandirlərindən biri hesab edilirdi. 

Təcavüzkar səud koalisiyası hələ ki bu xəbərə heç bir reaksiya göstərməyib. 

Yəmən Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn Əl-İzzi dünən bir tvitdə yazıb: "Məarib məsələsi hələ bitməyib və səudiyyəli muzdluların dedikləri boş və lazımsız hay-küydür".

Səna vilayətinin şərqində yerləşən mühüm Məarib vilayətinin azad edilməsi uğrunda döyüşlər ötən il başlayıb və onun əksər əraziləri və şəhərləri Səna qüvvələrinin nəzarətinə keçib. Məarib Yəmənin neft və qaz kimi təbii ehtiyatlara malik vilayətlərindən biridir.