Dek 27, 2021 19:24 Asia/Baku
  • "Qasim-10" raket

Fələstinin "Kətaib Əl-Müqavimə Əl-Vətəniyyə" qrupu sionist rejimin fələstinlilərə qarşı təcavüzünün davam etməsi ilə bağlı xəbərdarlıq edərək, yerli istehsal olan "Qasim-10" raketinin uğurlu sınağından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, "Kətaib Əl-Müqavimə Əl-Vətəniyyə" qrupu bu gün, sionist rejimin 2008-ci ildə Qəzzə zolağına hücumunun on üçüncü ildönümündə elan edib ki, Qasım-10 raketlərinin Aralıq dənizinə uğurlu atışları göstərdi ki, onların sionist rejiminin cinayətləri qarşısında səbri davam etməyəcək.

"Kətaib Əl-Müqavimə Əl-Vətəniyyə" qrupu müqavimətin fələstinlilər üçün güclü qalxan olaraq qalacağını və onların torpaqlarını, müqəddəslərini, hüquqlarını və əsirlərini müdafiə edəcəyini vurğulayıb.

Teqlər